Dərc edilib: 25-11-2019

https://www.nuh.az/21414-.html

Bu dəfə də yaponlar: Xərçəngin analizində inqilab

25.11.2019 13:57:27

LIVE

Yaponiyanın "Toshiba” Korporasiyası 99% dəqiqliyi ilə işləyən yeni bir xərçəng aşkarlama cihazı hazırlayıb.

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, inteqrasiya edilmiş diaqnostik çipi olan xüsusi portativ cihaz təxminən iki saatda qan testi aparır. 
Həmin cihaz üçün bircə damcı qan kifayət edir.
Sözügedən qan testi xərçəngin 13 növünü aşkar edə bilir – mədə, döş, bağırsaq, sidik kisəsi və başqaları. Test xəstəliyin ilkin dövründə də effektlidir.   
Test kiçik kodlanmayan RNT molekullarının növləri və konsentrasiyalarının müəyyən edilməsinə əsaslanır. Məhz onlar qanda xərçəng hüceyrələrini ifraz edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib