Dərc edilib: 25-11-2019

https://www.nuh.az/21424-.html

Toya getməyə hazırlaşan 3 uşaq anası dəm qazından öldü

25.11.2019 22:42:44

LIVE

Gəncədə 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Qafqazinfio"nun xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən 6 saylı binada baş verib. Həmin binada yaşayan 1988-ci il təvəllüdlü İsayeva Şəfəq Niyazi qızı vanna otağında dəm qazından boğulara ölüb. Məlumata görə, 3 uşaq anası olan qadın bu gün yaxınlarından birinin toyuna hazırlaşarkən vanna otağında boğulub.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib