Prezident Məhərrəm Əliyevin rütbəsini artırdı
Prezident İlham Əliyev Məhərrəm Əliyevlə bağlı daha bir sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik rütbəsi verilib.
Qeyd edək ki, bu gün Prezidentin imzaladığı digər sərəncamla Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.