Dərc edilib: 05-12-2019

https://www.nuh.az/21597-.html

“Vilayət Quliyevə böyük hörmətim var” - Nadir Əhmədov

05.12.2019 12:28:29

İqtisadiyyat

Sabiq Rabitə naziri Nadir Əhmədov Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin məqalə oğurlamaqla bağlı ittihamlarına münasibət bildirib. 

N. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, onun Vilayət Quliyevə böyük hörməti var: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə, bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.

Qeyd edək ki, səfir V. Quliyev iddia edib ki, Nadir Əhmədov onun 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsinin sərlövhəsini bir sözünü də dəyişmədən əvvəlcə “İblis xislətli erməni” kitabında, daha sonra öz saytında yerləşdirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib