Dərc edilib: 05-12-2019

https://www.nuh.az/21608-.html

Polşa 100 ton qızıli İngiltərədən geri aldı

05.12.2019 21:58:08

LIVE

Polşanın İkinci Dünya Müharibəsindən əvvəl İngiltərəyə apardığı 4 milyard funt-sterlinq dəyərindəki 8 min qızıl külçə ölkəyə geri qaytarılıb. 
Moderator.az xəbər verir ki, İkinci Dünya Müharibəsi başlamazdan əvvəl faşistlərin əlinə keçməmək üçün Polşanın İngiltərəyə apardığı 100 ton qızıl aylardır davam edən gizli bir əməliyyatla yenidən Varşavaya gətirilib. 
Yerli media qızılın daşınması zamanı təhlükəsizliyin təmin edildiyini və İngilis polisinin də təhlükəsizlik əməkdaşlarına dəstək verdiyi bildirib.
Qeyd edək ki, sözügedən əməliyyatın bu günə qədər ölkələr arasında baş tutan ən böyük əməliyyat olduğu bildirilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib