Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu dəfə seçkilərə qatılmaq üçün dairə tapa bilmir.
Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, ötən seçkiyə 8 saylı Binəqədi birinci seçki dairəsindən bitərəf namizəd olaraq qatılan Azay Quliyev bu dəfə bu dairədən namizəd ola bilməyəcək.
Belə ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən YAP-ın çox tanınmış namizədi olacaq və Azay Quliyev üçün ölkənin ən güclü partiyasının namizədi ilə rəqib olmaq və qalib gəlmək çox çətindir.
Daha bir ehtimala görə, Azay Qliyev ümumiyyətlə, MSK-nın növbədənkənar parlament seçkilərinə qatılmaya bilər. O yqəin ki, bu barədə konkret qərarı Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısı açıqlanandan sonra verəcək.
Qeyd edək ki, Azay Quliyev siyası kluarlarda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz mehdiyevin kadrı kimi tanınırdı.