Dərc edilib: 17-12-2019

https://www.nuh.az/21733-.html

Pərviz Müşərrəf haqqında edam hökmü verildi

17.12.2019 17:35:52

Hadisə

Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq Prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü elan edib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib. 

“Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq dövlətə xəyanətdə təqsirli bilinib”, - deyə Vakar Əhməd Seth məhkəmə iclasında bildirib. 

Xatırladaq ki, P. Müşərrəf 2001-2008-ci illərdə Pakistan Prezidenti olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib