Dərc edilib: 18-12-2019

https://www.nuh.az/21740-.html

Sibir dağları üzərində qeyri-adi buludlar - Fotolar

18.12.2019 11:45:46

Maraqlı

Rusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb.

 

“Qafqazinfo”nun məlumatına görə, onun çəkdiyi fotoları “National Geographic Rusiya” Feysbuk hesabında paylaşıb.

Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.

S. Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.

Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər. 

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib