Dərc edilib: 18-12-2019

https://www.nuh.az/21746-.html

Şəmkir sakini Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət etdi

18.12.2019 13:40:01

Cəmiyyət

 

80 yaşlı  Şəmkir rayon  sakini Qasımov Əli Əmiraslan oğlu   

Ədliyyə naziri, Məhkəmə-Hüquq  Şurasının sədri cənab Fikrət Məmmədova müraciət edib. Müraciətdə deyilir:

 

“Cənab Məmmədov !

Rusiya vətəndaşı olan oğlum Qasımov Bahadur Əli oğlu ailəmizin şərəfi-namusu ilə bağlı mübahisə zəminində Daşkəsən rayon sakini Asəf İsayevi qətlə yetirib.

Belə ki, Daşkəsəndə təyinat üzrə müəllimə işləyən qız nəvəmi Asəf İsayev zorla qaçırdaraq  Göy-göl rayonu ərazisində ona təcavüz edib. Asəf İsayevin özü və ailəsi ilə apardığımız söhbətlər nəinki nəticəsiz qalıb, hətta onlar bizi təhqir ediblər.


Oğlum Bahadur məcbur olub məsələyə qarışıb və mübahisə zəminində Asəfi qətlə yetirib, könüllü olaraq polisə təslim olub.

Cənab nazir !

 

Mən oğlumun günahsiz olduğunu qəti iddia etmirəm. Bəli, oğlum ailə namusu zəminində cinayət törədib və haqlı olaraq cəzasını almalıdır. Ancaq bu cəza haqlı və ədalətli olmalıdır.

Cənab nazir!

Nəvəmə Göy-göl rayonunda təcavüz olubsa, nə üçün məhkəmə  prosesində  Göy-göl rayonu deyil, məhz Daşkəsən rayonu  qeyd olunur. Bu ciddi qanun pozuntusudur.

 

İkincisi, 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarov oğluma son söz  deməyə  imkan verməyib və oğlumun öz  vəkilindən imtina edərək yeni vəkil  tutmaq  hüququnu  pozub. Və digər ciddi qanun pozuntular  və kimlərinsə sifarişi ilə oğlumun hüquqlarını pozub.   

 

Cənab Məmmədov!

Sizdən Məhkəmə-Hüquq Şurasının sədri kimi xahiş edirəm ki, bütün bunları nəzərə alaraq oğlumun hüquqlarını qoruyasınız və oğlumun ədalətlə, qanunla mühakimə edilməsinə kömək edəsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib