Dərc edilib: 19-12-2019

https://www.nuh.az/21753-.html

Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib

19.12.2019 12:54:55

Hadisə

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb. 

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib. 
Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
12.18
 
Azərbaycanda sensasion hadisə baş verib.
Qaynarinfo xəbər verir ki, bakupost.az-ın yazdığına görə, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
Sayt qeyd edib ki, icra başçısının və onun müavininin kimliyi onlara məlum olsa da, hələlik adlarını yazmırlar, rəsmi cavab gözləyirlər.
 
Qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib