Dərc edilib: 20-12-2019

https://www.nuh.az/21760-.html

Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı

20.12.2019 10:15:06

Cəmiyyət

Həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

 

 BakuPost  xəbər verir ki, başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib