Dərc edilib: 20-12-2019

https://www.nuh.az/21767-.html

İcra başçısının oğlunun dəbdəbəli toy karvanı (VİDEO)

20.12.2019 13:55:03

Maqazin
Ölkədə korrupsiya ilə məşğul olan icra başçılarının həbsi gündəmdə olduğu bir vaxtda Göyçay rayonunun icra başçısı oğlunun toyu ilə xəbərə çevrilib. 

 "Yeni Sabah”  xəbər  verir ki, rayonun icra başçısı Mehdi Səlimzadə bu günlərdə oğlunu evləndirib. İcra başçısının oğlunun dəbdəbəli toy karvanının videosu sosial şəbəkələrdə yayılıb.

Karvanı sayrışan işıqlarla bəzədilmiş (hansı ki, bu, qanunla qadağandır) lüks maşınlar müşayət edir.
Həmin videonu təqdim edirik:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib