Dərc edilib: 21-12-2019

https://www.nuh.az/21782-.html

Ləman Ələşrəfqızı Aqiyyə Naxçıvanlıya rəqib olacaq

21.12.2019 21:18:34

Region

Tanınmış jurnalist, "Real TV”-nin müxbiri Ləman Ələşrəfqızı deputatlığa namizəd olub.
 Modern.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində yazıb.
48 yaşlı jurnalist 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd olacaq. O, təşəbbüsün anadan olduğu Oğuz rayonunu sakinlərindən gəldiyi bildirib.
"Mənə səs versəniz millətimə və dövlətimə layiq deputat olacağıma  söz verirəm”-deyə o yazıb.
Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-nın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib