Dərc edilib: 22-12-2019

https://www.nuh.az/21789-.html

H Ə P seçkiyə getməkdən İMTİNA ETDİ

22.12.2019 11:11:15

Maqazin

Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsi bu gün növbəti iclasını keçirib. Əli İnsanov sosial şəbəkədə bildirib ki, iclasda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.


Müzakirələrin yekununda qərara alınıb ki, HƏP bu seçkilərdə iştirakı məqbul saymır. “Bununla belə, Haqq Ədələt Partiyası seçkilərdə iştirak etmək qərarını qəbul etmiş müxalif siyasi partiyaların konstitusion hüquqlarına və qərarlarına hörmətlə yanaşır, onlara siyası mübarizələrində uğurlar arzulayır”,- Ə.İnsanov deyib.

Eks-nazir onu da bildirib ki, Təşkilat Komitəsinin bütün üzvləri öz çıxışlarında Haqq Ədalət Partiyasının ölkədə hər hansı bir gərginliyin yaradılmasının və qarşıdurmanın qəti əleyhinə olduqlarını bildiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib