Dərc edilib: 23-12-2019

https://www.nuh.az/21800-.html

İmişlinin icra başçısı 4 minlik kəmər taxır —FOTOFAKT

23.12.2019 09:52:31

Maqazin

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

 

Demokrat.az-ın məlumatına görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir.  Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir. 

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!  

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib