Dərc edilib: 23-12-2019

https://www.nuh.az/21801-.html

Prezident ailəsi ilə səs verdi

23.12.2019 10:49:22

Siyasət

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib