Dərc edilib: 23-12-2019

https://www.nuh.az/21803-.html

Mehriban Əliyeva sifariş verdi: Koroqluya yeni heykəl ucaldılacaq

23.12.2019 11:55:34

Mədəniyyət

Ömər Eldarov: Yaxınlarda işlərə başlayacağıq

 

 

Birinci vitse-Prezident Mehriban Əliyevanın sifarişi ilə Azərbaycanda Koroğlunun nəhəng heykəli ucaldılacaq.

 

 

 

Bu barədə xalq rəssamı Ömər Eldarov deyib.

 

 

Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub:

“Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.

Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq:

“Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq.

Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib