Dərc edilib: 23-12-2019

https://www.nuh.az/21813-.html

Həbs edilən icra başçısının yerinə təyinat

23.12.2019 21:16:57

Günün sitatı

Xəbər verdiyimiz kimi, həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib. 


 Demokrat.az   xəbər verir ki, Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi olan Nəsir Muxtarlı hazırda Ağstafa rayon İcra Hakimiyyəti başçısı vəzifəsini əvəzləyir.

Xaricdə təhsil alan və Masallıda çalışarkən vətəndaşların rəğbətini qazanan Nəsir Muxtarlı müsbət imicə malik savadlı məmur kimi tanınır. O, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra  Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Nəsir Muxtarlı tanınmış idman jurnalisti Natiq Muxtarlının qardaşıdır.


NUH informasiya agentliyi səhifəsindən çap edilib