Dərc edilib: 24-12-2019

https://www.nuh.az/21817-.html

Sevil və Sevinc şou-biznesdən gedir

24.12.2019 09:54:12

Reportaj

Azərbaycanın məşhur əkizləri Sevil-Sevinc Səfərova şou-biznesdən gedir.

 

 “Qafqazinfo” xəbər verir ki, onlar bu barədə “Söhbət var” proqramında məlumat veriblər.

Sevinc verilişdə bildirib ki, peşəsini davam etdirmək niyyətində deyil: “Rəfiqələrimiz, yaxınlarımız deyir ki, niyə ailə həyatı qurub bu sənəti atmaq istəyirsiz? Özümü bu sənətə uyğun görmürəm. Narahat və qəribə hiss edirəm. Öz qabımda özümü tapa bilmirəm. Allah xeyirli qapı açsın (gülür).

Bizim bu sənəti davam etdirmək, oxumaq fikrimiz yoxdur.  Hətta, sosial şəbəkələrdən gizli profillərdə istifadə edəcəyik. Ümumi səhifəmizdə heç nə paylaşılmayacaq”.

Bundan əlavə, Sevil solo fəaliyyət göstərməyəcəyini, bacısı ilə birgə şou aləmini tərk edəcəyini vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib