Dərc edilib: 24-12-2019

https://www.nuh.az/21818-.html

Bələdiyyə seçkisinin ilkin nəticələri açıqlandı

24.12.2019 10:32:56

Maraqlı

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkisinin ilkin nəticələrini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, nəticələrlə MSK-nın "Seçkilər” İnformasiya Mərkəzinin saytında (infocenter.gov.az) tanış olmaq olar.
Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib