Dərc edilib: 24-12-2019

https://www.nuh.az/21820-.html

57 il sonra qartopu oynamaq qadağası ləğv edilir

24.12.2019 22:07:08

Hadisə

ABŞ-ın Viskonsin əyalətində 1962-ci ildən bəri qartopu oynamağa qoyulmuş qadağa ləğv edilib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vausau şəhərində 57 il əvvəl qaropu oyunu “insanlara ağır şəkildə zərər verən oyun” kimi qadağan olunub. 2017-ci ildən etibarən şəhər sakinləri qadağanın ləğvi üçün mübarizə aparır.

Gələn aydan etibarən artıq Vausau şəhərinin sakinləri də qartopu oynaya biləcəklər. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib