Dərc edilib: 25-12-2019

https://www.nuh.az/21831-.html

Daha bir məmur həbs edildi

25.12.2019 21:24:53

İqtisadiyyat

Azərbaycanda vəzifəli şəxs həbs edilib.
 
APA   xəbər verir ki, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli bilinir.
 
A. Vəliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib