Dərc edilib: 25-12-2019

https://www.nuh.az/21832-.html

Flora Kərimova məhkəməyə müraciət edəcək: "Şərəfimi necə qoruyum?"

25.12.2019 21:39:25

Günün sitatı

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verəcək.

Qaynarinfo xəbər verir ki, Xalq artisti bu barədə ARB TV-nin "Hüseynova bacıları” verilişində məlumat verib.
"Afəti məhkəməyə verməyə hazırlaşıram. Ülviyyə Alovlunu da məhkəməyə vermişəm, o lap əndazədir. Bunlar niyə belə edirlər, mən başa düşmürəm. Ağızlarını Allah yoluna qoyublar. Bəs şərəfimi necə qoruyum? Afət mənə deyib ki, qapmağı var, gücü yoxdur. Sənət o səviyyədə deyil. Mənim dövrümdə böyüyün üzünə ağ olmaq yox idi. Şövkət xanım, Sara xanım, Rübabə xanım cavanları elə qoruyurdular ki... O dövürdə bircə qadın üzə durub cığallıq edirdi. Artıq o dünyadadır. Ona "Allah rəhmət eləsin” də deməzdim. Söhbət İlhamə Quliyevadan gedir” deyə Flora Kərimova bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib