YAP-ın namizədlər siyahısı hazırdır: əksər deputatlar kənarda qaldı
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.
Trend xəbər verir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
*****
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası başlayıb.
APA-nin xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunur.
