Dərc edilib: 28-12-2019

https://www.nuh.az/21869-.html

Əli Həsənov Almaniyaya getdi

28.12.2019 10:40:11

Hadisə

Prezidentin sabiq köməkçisi Əli Həsənov hazırda Almaniyadadır.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əli Həsənov səhhətindəki problemlərlə bağlı bir müddət əvvəl əməliyyat olunduğu xəstəxanaya gedib.
Dəqiqləşən məlumata görə, Ə.Həsənov ürəyini müayinə etdirir.
Qeyd edək ki, bir müddət əvvəl Ə.Həsənov 53 yaşında 2 dəfə açıq ürək əməliyyatı keçirdiyini açıqlamışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib