Dərc edilib: 28-12-2019

https://www.nuh.az/21874-.html

Prezident Xudat-Şahdağ dəmir yolu layihəsinə 3 milyon ayırdı

28.12.2019 19:11:12

Siyasət

Prezident İlham Əliyev "Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib