Dərc edilib: 01-01-2020

https://www.nuh.az/21904-.html

Oğul, mən Zakir Fərəcov kimi vəzifə sahiblərinə görə intihar edirəm

01.01.2020 19:12:11

Region

Müqabil Baxışov: Laçın rayon RİH-nin başçısı Aqil Nəzərli və Təhsil şöbəsinin müdiri N.Həsənov məni intihar etməyə məcbur etdi-İNTİHAR MƏKTUBU

Bir neçə həftə bundan öncə LİDERİNFO.AZ saytına zəng olunaraq bildirildi ki,Laçın rayon sakini əvəllər uzun müddət təhsil şöbəsində çalışmış Müqabil Baxışov evində ipdən asılı vəziyyətdə tapılıb.

İntihar etməzdən öncə ailəsinə məktub yazan mərhum,onu bu intihara məcbur edənlərin barəsində məlumat da yazıb saxlayıb .

Məktubda yazılıb: RİH-nin başçısı Aqil Nəzərli və Təhsil şöbəsinin müdiri N.Həsənov məni intihar etməyə məcbur etdi.Baş prokurorun,Təhsil Nazirinin qəbulunda oldum mənə qarşı haqsızlığa görə yüzlərlə ərizə və teleqram göndərdim,heç bir köməklik olunmadı.Təziqlərə tab gətirə bilmədim və intihar yolunu seçdim.


 

 
Mənim intihar etməyimin nə ailəmə nə də yaxınlarımla heç bir əlaqəsi yoxdur.Aqil Nəzərlinin yenə də məni şərlədib həbs etdirəcəyi hədəsinə,RTŞ-nin məndən rüşvət tələb etməsinə,Rayon prokurorluğunun və yuxarı orqanların rəvac verməsinə tablaşa bilmədim.
Atam,anam,oğlum Elmin,qızım Pəri məni bağışlayın.2012 ci ildən bu günə kimi günahsız ola ola başıma gətirilənlər və milliyyətcə kürd olduğuma,yuxarı orqanların əzilməyimə,mənəvi işgəncələrə,təhqirlərə məruz qalmağıma göz yummaları məni intihar etməyə məcbur etdi.04.12.2019 Müqabil Baxışov.


2 ci MƏKTUB:


Oğlum Elmin mən bu addımı məcbur olub atdım.Mənə nə zəif nə də qorxaq kimi baxmayın.Bu həyatda heç kimdən və heçnədən qorxmadım.Amma iki dəfə şərlənib həbs olundum.həyatda hər şeyimizi əlimizdən aldılar.Yuxarı orqanlara yazsam da amma haqq yerini tapmadı.2 ildir ki,RİH-nın ,Təhsil müdirinin və prezident aparatının kuratoru Ağaəli Əhmədovun təhqirlərinə,hədə qorxularına dözürəm.Artıq gücüm qalmayıb.Hökümət olsaydı bu cür addım atmazdım.
Elmin səni də bacını da ananızı da çox istəyirəm məni bağışlayın.Babanıza da nənənizə də deyin məni bağışlasınlar.Oğlum heç vaxt əyilmə.Yaranan bir gün gedəcək ya tez ya da gec!
Oğul onsuz da hökümət yönlü bir araşdırma aparan deyil,qoyma meyidimi doğrasınlar.Mənə görə də pis olma.Mən Zakir Fərəcov kimi “Allahın”Ağaəli kimi Aqil kimi vəzifə sahiblərinin mənə qarşı etdikləri haqsızlıqların qarşısında əyillmədim və əyilməmək üçün də bu yolu seçdim.
MÜQABİL BAXIŞOV.
LİDERİNFO.AZ        

http://teref.az/manset/138270-ogul-meyidimi-dogramaga-qoymamen-zakir-ferecov-kimi-allahinaqil-nezerli-kimi-vezife-sahiblerine-gore-intihar-edirem-meni-bagislayin-nthardan-once-mektub.html

NUH informasiya agentliyi səhifəsindən çap edilib