Dərc edilib: 01-01-2020

https://www.nuh.az/21908-.html

Göygöldə ata evi yandıran oğlunu öldürdü

01.01.2020 22:50:49

Cəmiyyət

Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb.
 APA  xəbər verir ki, hadisə rayonun Nadel kəndində baş verib.
1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.
İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.
Hadisə yerinə Göygöl Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Qətli törədən Yaşar Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib