Dərc edilib: 02-01-2020

https://www.nuh.az/21914-.html

Keçmiş Baş prokuror Əli Ömərovun oğlu da deputat olmaq isteyir

02.01.2020 10:22:49

Maraqlı
Müasir Müsavat Partiyasının funksionerlərinin növbədənkənar Parlament seçkilərinə hansı dairələrdən namizədliklərini vermələri bəlli olub.
 
Bu barədə MMP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumatda bildirilir.
Qeyd edilir ki, MMP sədri Hafiz Hacıyevin 101 saylı Göygöl Daşksən dairəsindən namizədliyi irəli sürülüb. Artıq imza vərəqələri götürülüb və imzaların toplanması prosesinə başlanılıb.
MMP sədr müavini Könül İsmayılovanın Bakı şəhər Binəqədi rayonunda, 10 saylı dairədən namizədliyi qeydə alınıb.
MMP-nin digər sədr müavini İbrahim Həsənov İsmayıloviçin namizədliyi isə Balakən 109 saylı dairədən namizədliyi irəli sürülüb.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, partiyanın digər namizədləri də imza vərəqələrini artıq götürüblər.
Partiyanın Mətbuat Xidmətindən o da bildirildi ki, MMP-nin Bakıdan iki namizədi var. Onlardan biri də keçmiş Baş prokuror Əli Ömərovun oğlu Zaur Ömərovdur. Z.Ömərov MMP-nin Gənclər Təşkilatının sədridir, 32 saylı Suraxanı dairəsindən namizədliyini irəli sürüb.
MMP sədr müavini Könül İsmayılova seçkiyə hazırlıq qərərgahını yanvarın 1-dən MMP-də açıq elan edib və imzatoplama kampaniyasına başlayıb. Xanım siyasətçi qurduğu komanda ilə birgə imzatoplamaq üçün evlərə gedir, görüşlər keçirir.
Qeyd edək ki, digər namizədlərin də hər birinin namizəd olduqları rayonlarda seçki qərərgahları yaradılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib