Dərc edilib: 02-01-2020

https://www.nuh.az/21920-.html

Gəncənin deputatı: “Rəsulzadə haqqında heç bir mənfi fikir bildirməmişəm”

02.01.2020 17:42:13

Müsahibə

“Mən M.Ə.Rəsulzadə haqqında heç bir mənfi fikir bildirməmişəm. Bu, mənə qarşı həyata keçirilən şər və böhtan kampaniyası idi”.


Bunu beşinci çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

“Müxtəlif vaxtlarda müxtəlif media qurumlarına bu barədə verdiyim açıqlamalara baxmayaraq, təəssüf ki, hələ də böhtan qurbanına çevrilmişəm”, – deyə N.Həmzəyev bildirib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib