Dərc edilib: 02-01-2020

https://www.nuh.az/21921-.html

Bu ölkə də plastik paketlərə “yox” dedi

02.01.2020 21:26:35

İqtisadiyyat

Taylandda plastik paket istifadəsinə qadağa qoyulub.

 

"Qafqazinfo" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qadağa barədə ölkənin Ekologiya və Təbii Qaynaqlar naziri Varavut Silva-Arça məlumat verib. Onun sözlərinə görə, bu qadağa ilkin olaraq, ölkənin böyük alış-veriş mərkəzləri və mağazalarında tətbiq edilib. 2021-ci ildə isə qadağa bütün ölkə boyu tətbiq ediləcək. Nazirin sözlərinə görə, Tayland ötən il dənizə ən çox plastik paket atan ölkələr arasında 6-cı olub. Qeyd edək ki, daha əvvəl Özbəkistan, Cənubi Koreya və s. ölkələrdə supermarketlərdə plastik paket istifadəsinə qadağa qoyulub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib