Dərc edilib: 03-01-2020

https://www.nuh.az/21925-.html

icra başçısı vəfat etdi

03.01.2020 10:04:57

Hadisə

Azərbaycanda sabiq icra başçısı vəfat edib.

"Report”un məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhmədov Gülhüseyn Əliəhməd oğlu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. 
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib