Dərc edilib: 03-01-2020

https://www.nuh.az/21928-.html

Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

03.01.2020 12:48:51

LIVE

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 
APA   xəbər verir ki, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. 
Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb. 
Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.    

NUH informasiya agentliyi səhifəsindən çap edilib