Dərc edilib: 04-01-2020

https://www.nuh.az/21937-.html

ABŞ 3500 əsgəri Yaxın Şərqə göndərdi

04.01.2020 09:50:36

İdman

ABŞ ordusunun 82-ci Hava Hücumu Diviziyasının daha 3500 əsgəri Yaxın Şərqə göndərilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” televiziyası ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Əsgərlərin tamamilə harada yerləşdiriləcəyi ilə bağlı məlumat verilməsə də, həmin qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi bildirilib. 

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri Mark Esper iki gün öncə 82-ci Hava Hücumu Diviziyasından 750 əsgərin Küveytə yerləşdirildiyini açıqlamışdı.

Xarırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi Süleymaninin öldürülməsinə görə qisas alacaqlarına söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib