Dərc edilib: 04-01-2020

https://www.nuh.az/21941-.html

Bu gecə Bakıda daha 3 nəfər spirtli içkidən öldü

04.01.2020 16:11:37

Cəmiyyət

Bu  gecə  Bakı şəhərində daha  3 nəfər saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.

 

NUH.az-a daxil olan məlumata görə, əslən Gədəbəydən olan 3 dost  Bakıda  kafelərin birində Yeni ili qeyd ediblər. Hər  3 dost ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılsa da onları qəbul edən olmayıb. Sonda zəhərlənmiş dostlar   “Semaşko”  xəstəxanasının  Toksikoloji şöbəsinə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq  hər 3 şəxs dünyasını dəyişib.

NUH.az-ın apardığı araşdırma zamanı ölən şəxslərdən birinin  Hüseynov Yusif Vilayət oğlu olduğu məlum olub. 

Ölənlərdən biri Maştağa  Ruhi xəstəxanasının işçisi olub. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib