Dərc edilib: 04-01-2020

https://www.nuh.az/21946-.html

Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alındı

04.01.2020 18:24:42

Region
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb. 
Qaynarinfo-nun xəbərinə görə, bu barədə R.Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.

O bildirib ki, Seçki Qərargahının üzvləri imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada Dairə Seçki Komissiyasına (DSK) təqdim edilib.
Yanvarın 4-də DSK R.Arifoğlunun namizədliyini qeydə alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib