Dərc edilib: 06-01-2020

https://www.nuh.az/21965-.html

Xannı Rüstəmovla bağlı Zakir Fərəcova suallar ...

06.01.2020 17:14:32

İqtisadiyyat

Bir neçə gündür  Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı cənab  Zakir Fərəcovun  yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun yoxa çıxması ilə bağlı xəbər az qala ölkə mediasını zəbt edib.

 

Xəbərdən məlum olur ki, Xannı  Rüstəmov  vəzifə səlahiyyətlərindən sui istifadə edərək, şəhər ərazisində  fəaliyyət göstərən  marşrut xətlərindən qanunsuz  vergi toplayaraq  KÜLLİ MİQDARDA  vəsaiti ələ keçirib və…sonda yoxa çıxıb.

Məlumat  üçün qeyd edək ki, yayılan  məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı  tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. 


Onu da qeyd edək ki, Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib.  Cəmi bir ay sonar, yəni oktyabr ayında   “Sumqayıt Nəqliyyat” MMC yaradılıb ( özü də icra başçısının  yanında !! )  və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirlib.

Görükən kəndə  nə bələdçi ?

Deməli, Xannı Rüstəmov  cənab Zakir Fərəcovun nəinki yeznəsi, həm də öz “biznes  layihə”sidir.

Xannı Rüstəmovun uzun müddət Sumqayıtda  torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənib, onlara məxsus marşrut xətləri onlardan zorla alınıb. Hansı ki  müharibə əlilləri  marşrut xəttinə görə hər ay  Xannı Rüqstəmova ayda 4000 manat rüşvət ödəyiblər. Bu cinayət əməli bir neçə il davam edib.

İndi ortaya xeyli suallar çıxır:


Birincisi, pul məsələsində qazdan ayıq olan Zakir Fərəcəov KÜLLİ MİQDAR-da puldan xəbərsiz olub ?


İkincisi, Zalir Fərəcov nə üçün uzun illər bu məsələyə göz yumub?


Üçüncüsü, Xannı Rüstəmov necə yoxa çıxıb ?

Bəlkə  Xannı Rüstəmov qeybə çəkilib ?


Dördüncüsü,  Xannı Rüstəmovun qanunsuz topladığı KÜLLİ MİQDARDA pul bəlkə Sumqayıtın abadlıq-quruculuq işlərinə sərf olunub ?


Beşincisi, xəbərə görə, Zakir Fərəcov Xannı Rüstəmovu vəzifəsindən azad edib və onun əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Nə üçün ?


Ümumiyyətlə, Zakir Fərəcovun Sumqayıtın abadlıq və quruculuq işləri adı altında əməlləri hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.

 

P.S. Prezident sonuncu çıxışında qeyd edib ki, bizə belə abadlıq lazım deyil.

 

NUH.az-ın Baş  redaktoru  Kamran Məhərrəmli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib