Dərc edilib: 07-01-2020

https://www.nuh.az/21974-.html

Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapılıb: yandırıblar

07.01.2020 09:10:22

Günün sitatı

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.
Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib