Dərc edilib: 08-01-2020

https://www.nuh.az/21989-.html

Ölkə tarixində ilk - Müdafiə naziri qadın oldu

08.01.2020 09:28:49

İdman

Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner Federal Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi ölkə tarixinə düşüb. 

 

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, o, yanvarın 7-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi “Hofburq“ sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi zamanı ictimaiyyətə təqdim olunub.

K.Tanner nazir səlahiyyətlərini qəbul edərkən qarşıda çətin və yoxuşlu bir yolun durduğunu, orduda perspektivli resurs və strukturlar, müasir texniki baza və silahlara ehtiyac olduğunu bildirib. 

Qeyd edək ki, yeni hökumət nazirlər və dövlət katibləri daxil olmaqla, 17 nəfərdən ibarətdir

Daha əvvəl isə Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi  ikinci fəaliyyət dövrü başlayıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib