Dərc edilib: 09-01-2020

https://www.nuh.az/22001-.html

Ürəyin sağlamlığı üçün 5 faydalı məhsul

09.01.2020 08:29:11

LIVE

Qidalanma və ürəyin sağlamlığı – bir-biri ilə bağlı olan şeylərdir. Müəyyən məhsullar zərər yetirdikləri kimi, faydalı da ola bilərlər.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “MedikForum.ru” saytı ürəyin sağlamlığı üçün çox faydalı olan məhsulları açıqlayıb:

 

İspanaq



Bu göyərti ürəyin sağlamlığı üçün faydalı olan C və E vitaminləri, eləcə də beta-karotin, kalium, fol turşusu, kalsium və sellülozla zəngindir.

 

Kətan toxumları

Kətan toxumları – tərkibində çoxlu sellüloz, manqan, omeqa-3 və maqnium olan ürək üçün faydalı məhsuldur.

 

Yulaf lopaları

Onun faydası barədə çoxları bilir. O, təkcə üçün yox, həm də bütün orqanizm üçün faydalıdır. Yulafı səhər yeməyində qəbul etmək daha məqsədəuyğundur.

 

Paxlalı bitkilər

Bu məhsullar həll olunan sellüloz, B vitaminləri qrupu, niatsin, fol turşusu, maqnium, kalsium və omeqa-3 yağ turşuları ilə zəngindir. Noxud, mərci, lobya və digər məhsullar qandakı “pis” xolesterinin səviyyəsini və ürək xəstəliklərinin yaranma riskini aşağı salır.

 

Yağlı balıq

Yağlı balığın bütün növlərinin tərkibində omeqa-3 yağ turşuları var ki, onlar da ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Qızılbalıq, skumbriya, sardina, somon yeyin ki, ürəyiniz sağlam olsun.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib