Dərc edilib: 09-01-2020

https://www.nuh.az/22004-.html

Badamdarda sürüşmə oldu, yol bağlandı

09.01.2020 10:00:07

LIVE

Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

 

***

08:42

 

Badamdarda sürüşmə olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq".

 

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib