Dərc edilib: 09-01-2020

https://www.nuh.az/22009-.html

Daha bir qız itkin düşüb

09.01.2020 12:55:24

Kriminal

Şəmkir rayonunda 18 yaşlı qız itkin düşüb.

 Növbəti Nərmin hadisəsi baş verməsin, Amin!

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  bildirilib.

Verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.

Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib