Dərc edilib: 12-01-2020

https://www.nuh.az/22056-.html

Deputatın qardaşının səlahiyyətinə xitam verdi - Xanımına görə

12.01.2020 17:34:39

Maqazin

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.


 Trend   xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Belə ki, iclasda Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin birinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb. Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, səlahiyyətli nümayəndələrindən biri Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Xatırladaq ki, Fəxrəddin Kərimli deputat Tahir Kərimlinin qardaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib