Dərc edilib: 15-01-2020

https://www.nuh.az/22123-.html

“AMEA-da maaşlar çox aşağıdır” - Ramiz Mehdiyev

15.01.2020 21:49:12

İqtisadiyyat

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

 


 AzEdu.az   xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib:

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib