Bu tarixdə bütün sənədsiz evlərə sənəd veriləcək
Bu ilin aprel ayında Azərbaycanda bütün sənədsiz evlərlə bağlı yekun qərar veriləcək.
Unikal.org xəbər verir ki, bunu Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.
"Artıq bunla bağlı müvafiq komissiyalar iş aparır. Neft və infrastruktur ərazilərə düsən mənzillərə çıxarış verilməyəcək. Qalan digər evlərin sənədləşməsinə başlanılacaq".