Etibar Abdullayev təbliğat- təşviqat kampaniyasına başlayıb
124 saylı Şuşa – Ağdam- Xocalı- Xocavənd Seçki dairəsindən deputatlığa namizəd Etibar Abdullayev təbliğat- təşviqat kampaniyasına başlayıb.
Deputatlığa namizəd öz həmvətənlərinə müraciət edib:
Mənim əziz həmvətənlərim, əziz Qarabağlılarım, seçicilərim!
Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş təbliğat- təşviqat kampaniyasına başladıq.
Bütün Qarabağlıların, o cümlədən Azərbaycanımızın xeyir- duasını istəyirəm.
Sizin hüquq maraqlarınızın müdafiəsi mənim gündəlik həyatım olub və olacaqdır.
Qarabağ Ata Yurdum...
Bu barədə NUH.az-a deputatlığa namizədin seçki qərargahından məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Etibar Abdullayev Milli Məclisdə məsul vəzifələrdə çalışıb, 2017- ci ilədək Nərimanov rayonu üzrə Dairə seçki komissiyasının sədri işləyib. Bir il də Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparat rəhbəri olub.