Dərc edilib: 18-01-2020

https://www.nuh.az/22182-.html

Pərvin Mahmudovun məhəllə görüşləri davam edir (FOTOLAR)

18.01.2020 14:17:33

Günün sitatı
31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Pərvin Mahmudovun Yeni Günəşli və Qaraçuxur qəsəbəsinin sakinləri ilə məhəllə görüşləri davam edir. 

NUH.az   xəbər verir ki, növbəti belə görüş Yeni Günəşli qəsəbəsi, massiv D 24 saylı binanın qarşısındakı xeyir-şər evində və AB yaşayış sahəsindəki Veteranlar Guşəsində baş tutub.
Sakinlər gənc namizədi çox səmimi qarşılayıb, onunla söhbət ediblər. Qəsəbə sakinləri Pərvin Mahmudovu dəstəklədiklərini bildirib, 9 fevral 2020 –ci il səs vermə günü ona səs verəcəklərini diqqətə çatdırıblar.
Görüşlərdən fotoları təqdim edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib