Dərc edilib: 21-01-2020

https://www.nuh.az/22223-.html

Azərbaycanda şadlıq evinin tavanı uçdu: ölən var

21.01.2020 17:29:30

Reportaj
Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

 trend   xəbər verir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib