Dərc edilib: 24-01-2020

https://www.nuh.az/22273-.html

Jirinovski SSRİ-nin dağılma səbəbini açıqladı

24.01.2020 12:03:49

Hadisə

SSRİ-dəki birpartiyalı sistem ölkənin dağılmasının əsas səbəblərindən biri oldu.

 

Bu barədə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Teleqram-kanalında yazıb.

Siyasətçinin fikrincə, Sovet İttifaqında çoxpartiyalılıq olsaydı, bu, baş verənlərin qarşısını ala bilərdi.

“Birpartiyalı sistem SSRİ-ni məhv etdi. Əgər kommunistlər o vaxt SSKP-ni iki yerə – konservativ və sosial-demokrat partiyalarına bölməyə razı olsaydılar, və onların arasında əsl rəqabət olsaydı, onda Sovet İttifaqı əbədi olardı!”, - Jirinovski bildirib.

Qeyd edək ki, SSRİ 1991-ci il dekabrın 25-də dağılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib