Dərc edilib: 26-01-2020

https://www.nuh.az/22286-.html

Çində virusa yoluxanların sayı 2 mini keçdi

26.01.2020 14:52:33

Maqazin

Çində koronavirusa yoluxanların sayı 2 mini ötüb.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, xəstəliyə tutulanların sayı 2002, ölənlərin sayı isə 56-dır. Bundan əvvəl 1975 nəfərdə virusun aşkarlandığı bildirilirdi.

Qeyd edək ki, ötən ilin dekabrından Çinin Uxan şəhərində yayılmağa başlayan xəstəlik artıq bir neçə ölkədə müşahidə olunur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib